Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1017

Yeniliklərə abunə ol

İNFOMƏRKƏZ

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə
08.12.2016 Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 07 dekabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 902 min manat (ümumi kompensasiya öhdəliyinin 98 %-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 380 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 %-dən artıq) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 125 miyon 495 min manatdan artıq kompensasiya ödənilmişdir.
ətraflı
Ləğv prosesində olan QSC “Bank Standad” KB-nin işdən azad olunan işçilərinə BİLDİRİŞ
02.12.2016 04.10.216-ci il tarixində QSC “Bank Standad” KB-nin müflis elan edilməsi və ləğvedicinin təyin edilməsi barəsində 1 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsi tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarla Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Ləğvedici fəaliyyətə başladıqdan sonra bankın işçilərini işdən azad etməsi ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif fikirlər bildirilməkdədir. Məsələyə aydınlıq gətirilməsi üçün aşağıdakıları ictimaiyyətin diqqətinə tədim etmək istərdik.
ətraflı
Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə
01.12.2016 Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 30 noyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 870 min manat (ümumi kompensasiya öhdəliyinin 98 %-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 369 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 %-dən artıq) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 125 miyon 452 min manatdan artıq kompensasiya ödənilmişdir.
ətraflı
Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə
26.11.2016 Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 25 noyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 868 min manat (ümumi kompensasiya öhdəliyinin 98 %-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 334 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 %-dən artıq) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 125 miyon 415 min manatdan artıq kompensasiya ödənilmişdir.
ətraflı
Ləğv prosesində olan “Atrabank”ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən BİLDİRİŞ
24.11.2016 Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı Qərardadı ilə “Atrabank” ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu 16.08.2016-cı il tarixdən qeyd edilən bankın Ləğvedicisi kimi fəaliyyətə başlamışdır
ətraflı
Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən BİLDİRİŞ
24.11.2016 Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı Qərardadı ilə “Qafqaz İnkişaf Bankı”ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu 16.08.2016-cı il tarixdən qeyd edilən bankın Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.
ətraflı

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 8 istifadəçi saytdadır.