Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1086

Yeniliklərə abunə ol

İNFOMƏRKƏZ

Ləğv prosesində olan“Royalbank”ASC-nin kreditorlarının diqqətinə!
16.03.2017 Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Royalbank” ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə 7-ci sırada olan bankda təminatsız kreditorların tələbləri üzrə
ətraflı
Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə görüş keçirildi
13.03. 2017 9 mart 2017-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə tələbələrlə görüş keçirildi. Tədbirin məqsədi Dövlət İdarəçilik Akademiyasında təhsil alan tələbə və magistrların əmanətlərin sığortalanması haqqında məlumatlandırılması, bu sahə ilə bağlı yeni biliklərin əldə edilməsi və təhsil alanlar üçün gələcəkdə yarana biləcək yeni imkanların qiymətləndirilməsi olmuşdur.
ətraflı
Əmanətlərin Sığortalanması Fondu və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə görüş keçirildi
13.03. 2017 10 mart 2017-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Xəzər Universitetində təhsil alan tələbələrə Maliyyə savadlılığı layihəsi üzrə seminar keçirildi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı tədbiri giriş nitqi ilə açaraq, müzakirə olunan mövzunun hazırki dövrdə mühümlüyünü və əhəmiyyətini nəzərə çatdırdı. Tədbirdə eyni zamanda professor, elmlər doktoru, İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədov da çıxış etdi.
ətraflı
Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə
13.03.2017 Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 mart 2017-ci il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 195 min manat (ümumi kompensasiya öhdəliyinin 98,4 %-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 54 milyon 479 min manat (ümumi kompensasiya öhdəliyinin 75 %-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 086 minmanatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 128 miyon 531 min manatdan artıq kompensasiya ödənilmişdir.
ətraflı

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 13 istifadəçi saytdadır.