Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1157

Yeniliklərə abunə ol

Fondun yaranması

       
Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu 29 Dekabr 2006-cı ildə ölkə parlamenti tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikasının Prezidenti  Zati-aliləri cənab İlham Əliyev-in 9 fevlar 2007 ci il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmış, 2007-ci ilin 12 Avqust tarixindən isə fəaliyyətə başlamışdır. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasının məqsədi banklar və xarici  bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən  əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

Əmanətlərin Sığortalanması Fondu ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan İcraçı direktor tərəfindən idarə olunur. Himayəçilik Şurası yeddi nəfərdən ibarətdir və onun tərkibinə Mərkəzi  Bankın üç nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının iki nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir. Fondun İcraçı Direktoru Himayəçilik Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. İcraçı direktorun səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyət tarixinə gəldikdə isə qeyd edə bilərik ki, Fond fəaliyyətə başladığı ildən Fondun ilk və hal-hazırdakı İcraçı direktoru cənab Azad Cavadovdur.

Fondun sığorta ehtiyatları Fonda üzv olan banklardan rüblük olaraq yığılan təqvim haqlarının hesabına formalaşdırılır. ƏSF hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. Fond, üzərində öz adı olan möhürə, habelə Mərkəzi Bankda və bu Qanunla müəyyən olunmuş qaydada digər banklarda hesablara malikdir. Fondun  əsas məqsədi mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. Dövlət və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə, Fond isə dövlətin və Mərkəzi Bankın öhdəlikləri üzrə məsuliyyət daşımır.

Fiziki şəxslərin  əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.

Əmanətlərin Sığortalanması Fondunun bugünə olan əsas hədəfi üzv banklardakı fiziki şəxslərin əmanətlərini sığortalamaqdır.

Fond yarandığı gündən etibarən qorunan əmanətlərə görə faiz dərəcələri bir neçə dəfə dəyişdirilmişdir.

24 fevral 2015-ci il tarixindən etibarən 12 faizdən çox olmayan faizlə yerləşdirilən hər bankdakı 30.000 manata qədər əmanətlər sığortalanır.

Kompensasiyanın maksimum həddi 30.000 manatdır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmir.

Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir. 





       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 5 istifadəçi saytdadır.