Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1052

Yeniliklərə abunə ol

Strategiyamız

       

MİSSİYAMIZ

Əmanətçilərin  üzv banklarda olan əmanətlərini sığortalamaqla  əmanətçilərə dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək  olmaqdır.

 

STRATEJİ BAXIŞIMIZ

 

ADİF - beynəlxalq standartlara cavab verən qanunvericilik bazası və professional komandası ilə əmanətçilərin maddi və mənəvi maraqlarını qorumaq, bank sisteminin stabil inkişafına dəstək vermək iqtidarındadır.

 

STRATEJİ HƏDƏFLƏR (2012-2015)

Müasir qanunvericilik bazası yaratmaq

 

  •  Qanunvericilik bazasını təkmilləşdirmək
  •  Fond haqqında Qanunu “Əsas beynəlxalq prinsiplər”ə uyğunlaşdırmaq

 

Əməliyyatların avtomatlaşdırılması üçün müasir avadanlıq və proqram təminatının qurulması

 

  •  ADİF-in proqram təminatının və müasir avadanlıqların tətbiqi
  •  Üzv banklarda reyestrin tərtib edilməsi və ADİF-in proqramına interfeys
  •  Reyestrlərin ADİF sistemində yoxlanılması
  •  Agent banklarla interfeysin yaradılması
  •  Məlumat mübadiləsinin avtomatlaşdırılması
  •  MİS-in qurulması

 

İnstitusional inkişaf

 

  •  Korporativ idarəetmə sisteminin qurulması
  •  Risklərin idarəedilməsi sistemini beynəlxalq qabaqcıl xarici praktikaya uyğun qurmaq
  •  Modern İnsan resurslarının idarə edilməsi sistemini yaratmaq
  •  Texnoloji inkişaf və əməliyyat menecment sistemini yaratmaq

 

Əhalinin bank sisteminə inamının artırılmasına dəstək olmaq  

 

  •  Üzv banklar vasitəsi ilə əhalinin məlumatlandırılması
  •  KİV-dən istifadə etməklə əhalinin məlumatlandırılması
       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 9 istifadəçi saytdadır.