Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1157

Yeniliklərə abunə ol

Vakansiyalar

       

 

Vakant vəzifə - hüquqşünas ( tam günlük iş rejimi)

Tələblər:

-          hüquq üzrə ali təhsil;

-          ən azı 3 il hüquqşünas təcrübəsi;

-          azərbaycan və ingilis dillərini mükəmməl bilməli (yazılı və şifahi);

-          Mc Office proqramında işləyə bilmək qabiliyyəti;

-          Ehtiyatlılıq və dəqiqlik qabiliyyəti.





Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan banklarda hüquqşünas vəzifəsinə vakansiya elan edir.

 

HÜQUQŞÜNAS


Vəzifəyə dair tələblər:

-       Ali hüquq təhsili (magistr dərəcəsinin olması arzuolunandır, xarici təhsili olanlara üstünlük verilir);

-       Azərbaycan dilini əla səviyyədə bilməli (Rus və İngilis dillərini bilənlərə üstünlük verilir);

-       MS Office proqramlarında sərbəst işləmə bacarığı;

-       Azərbaycan Respublikasının Konstitusiyasını, AR-nın Mülki Məcəlləsini, Mülki Prosessual Məcəlləsini, Banklar haqqında qanunvericiliyi, “Əmanətlərin sığortalanması haqqında” Qanunu, inzibati qanunvericiliyi  və məhkəmə işlərinin aparılması qaydalarını bilməli;

-       Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;

-       Düzgünlük, məsulliyyət, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;

-       Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;

-       Məxfilik, diqqət, faktları və sənədləri analiz etmək və hüquq normalarını düzgün tətbiq etmək,  ünsiyyət bacarığı, vaxtın idarə olunması, komandada işləyə bilmək və baş verən hadisələrə çevik reaksiya verə bilmək bacarıqlarına malik olmalıdır.

Əsas iş funksiyaları:

-       Hüquqi xarakterli sənədlərin hazırlanması;

-       Birinci və apellyasiya instansiyası məhkəmlərində iştirak, məhkəmə prosesləri ilə bağlı hüquqi sənədlərin hazırlanması;

-       Məcburi icra tədbirləri ilə bağlı zəruri sənədlərin hazırlanması, icraa icraatında olan işlərin sürətləndirilməsi üçün qanunvericiliyə uyğun tədbirlərin görülməsi;

-       Borclularla daim əlaqə saxlayıb onlarla müvafiq danışıqlar aparmaq;

-       İcra məmurları ilə mütəmadi olaraq əlaqə saxlayıb, icraatda olan işlərin statusu ilə bağlı məlumat almaq;

-       Banka daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;

-       Bütün struktur bölmələrə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək;

-       Müqavilə, protokol, qərar və digər daxili hüquqi sənədlərin layihələrinin hazırlanması və ekspertizasının həyata keçirilməsi;

-       İcraatında olan işlərin hesabatı və rəhbərliyin göstərişi ilə digər hesabatların hazırlanması.

 


İş vaxtı: Bazar ertəsi – Cümə 9:00 – 18:00.

 

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini aşağıdakı ünvana göndərə bilərlər:

 Email: info@adif.az

 

 Tel: (012) 596- 65- 91/92

 Fax: (012) 596- 65- 94






       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 6 istifadəçi saytdadır.