Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1135

Yeniliklərə abunə ol

Əmanət müqaviləsi

       
Azərbaycan Respublikasının «Əmanətlərin sığortalanması haqqında» qanunun normalarını rəhbər tutaraq bank əmanəti və ya bank hesabı müqavilələrin tərtib edilməsi zamanı iştirakçı banklar həmin müqaviləyə aşağıda qeyd olunan bəndləri daxil etməlidirlər:

«Maddə __. Əmanətlərin Sığortalanması Fondu, Bank və Əmanətçi.

1. Bank «___»________200_-ci il tarixindən Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – «Fond») iştirakçısı olaraq (__saylı Şəhadətnamə) Fonda sığorta haqqı ödəyir (bu haqq Əmanətçidən tutulmur).

2. Bank tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır.

3. Sığorta hadisəsi - Bankın məcburi ləğvi və ya müflis elan olunması, Bankın Əmanətçi qarşısında əmanət üzrə öhdəlikdərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın Əmanətçi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir.

4. Sığorta hadisəsi baş verdikdə, Fond aşağıdakı kütləvi informasiya vasitəsilərində Əmanətçiyə kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir:

a) AzTV;
b) İctimai TV;
c) Azərbaycan qəzeti;
d) Respublika qəzeti;
e) Xalq qəzeti;
f) AzərTAc informasiya agentliyi;
g) APA informasiya agentliyi.

5. Fonddan kompensasiya almaq üçün Əmanətçi kütləvi informasiya vasitəsilərində göstərilən yerə yazılı ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

a) Şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiqləyən digər sənəd; 
b) Əmanət kitabçası və ya əmanəti təsdiqləyən digər sənəd; 
c) Bank əmanəti müqaviləsi. 

Ərizəni verildiyi tarixdən etibarən 90 (doxsan) gün müddətində Fond tərəfindən Əmanətçiyə kompensasiya ödənilməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında elanı ilk dəfə dərc etdiyi gündən 5 (beş) il müddətində saxlanılır.

6. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: 

a) adsız borc qiymətli kağızlarının (adsız depozit sertifikatlarının) yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri;
b) bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
c) qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;
d) cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
e) üzərinə həbs qoyulmuş əmanətlər;
f) Cəlb edildiyi günə 12%-dən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;
g) fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;
h) fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri;
i) ödəniş müddətlərinin başa çatıb-çatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti;
j) bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər.

7. Fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30 (otuz) min manatdan çox olmayaraq kompensasiya ödəyir.

8. Fond kompensasiyanı milli valyutada olan əmanət üzrə manatla, ABŞ dollarında olan əmanət üzrə ABŞ dollarında, AVRO-da olan əmanət üzrə isə AVRO-da Əmanətçiyə ödəyir. Əmanət ABŞ dolları və ya AVRO-da olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çapraz məzənnə üzrə hesablanır və ödənilir. Fond əmanət üzrə faizlərı sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə Əmanətçiyə ödəyir. 

9. Əmanətçinin Bankda bir neçə əmanəti yaxud həmin əmanətlər müxtəlif valyutalarda oldugu zaman, Fond həmin əmanətləri toplayır və bir əmanət kimi kompensasiya olunur. Əmanətçinin Fondun hər hansı digər iştirakçı bankında olan əmanətinə isə ayrıca əmanət kimi baxılır və kompensasiya ödənilir. 

10. Bank Əmanətçinin yazılı və ya şifahi sorğularına cavab olaraq, Bankın sığorta sistemində iştirakı, qorunan əmanətlər və kompensasiyalar barədə Əmanətçiyə məlumat verir. 

11. Əmanətçi aşağıda göstərilən ünvanda və ya əlaqə telefonları və elektron poçt vasitəsi ilə Fondla əlaqə saxlıya bilər: AZ1014, Bakı şəhəri, Bül-Bül prospekti 40 ; əlaqə tel: (99412) 596 65 91, 596 65 92, 596 65 93; Faks: (99412) 596 65 94; e-mail: adif@adif.az; sayt: www.adif.az 




       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 19 istifadəçi saytdadır.