Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1157

Yeniliklərə abunə ol

Məlumat

       
Bankda sığorta hadisəsi baş verdikdə əmanətçi kompensasiyanın ödənilməsi barədə məlumatı haradan əldə edə bilər

Fondun üzvü olan bankda sığorta hadisəsi baş verdikdə, Maliyyə Bazarlarına Nəzarət Palatası Fonda bidiriş göndərir. Fond bildiriş aldıqdan sonar 7 gün ərzində aşağıdakı kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir.

 

  • AzTv
  • İctimai televiziya
  • Azərbaycan qəzeti
  • Respublika qəzeti
  • Xalq qəzeti
  • AzərTAc informasiya agentliyi
  • APA informasiya agentliyi

Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir.


       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 6 istifadəçi saytdadır.