Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1157

Yeniliklərə abunə ol

Tez-tez verilən suallar

       

1.     Sual:

24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12%-ə qaldırılması ilə əlaqədar olaraq əvvəlki tarixlərdə 10, 11 və 12 faizlə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid edilirmi?


Cavab:

Himayəçilik Şurası tərəfindən qəbul edilən qərara uyğun olaraq, 24 fevral 2015-ci il tarixinə kimi 12 faiz həddində qəbul edilmiş bütün  əmanətlər  bu tarixdən etibarən qorunan əmanət hesab olunur. Yəni göstərilən tarixə qədər 10, 11 və 12 faizlə  cəlb edilən əmanətlər qorunan  hesab edilmirdisə, həmin əmanətlər 24 fevral 2015-ci il tarixindən göstərilən faiz dərəcələri ilə qəbul edilmiş əmanətlər qorunan sayılır. 01 avqust 2013-cü il tarixində qorunan əmanətlər üçün maksimum faiz dərəcəsi 12 faizdən 10 faizə endirilib,  əvvəlki dövrlərdə müvafiq olaraq qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 15 faiz və ya daha yüksək olmuşdur, bununla əlaqədar olaraq özü özlüyündə geriyə şamil etmə 01 avqust 2013-cü il tarixdən müəyyən edilir.

 

2.     Sual:

Qorunan əmanətlər üzrə maksimal faiz dərəcəsi 12 faizə qaldırıldığına görə əvvəlki tarixlərdə 12 faizdən aşağı faizlə yerləşdirilmiş əmanətin faiz dərəcəsi avtomatik 12%-ə dəyişəcəkmi?


Cavab:

Yerləşdirilmiş əmanətin faiz dərəcəsi bankla əmanətçi arasında bağlanmış müqaviləyə əsasən müəyyən edilir. 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin YUXARI HƏDDİnin 9%-dən 12%-ə qaldırılması əmanətin faiz dərəcəsinin qaldırılması demək deyil (əgər müqavilə şərtlərində belə bir hal nəzərdə tutulmamışdırsa).


3.     Sual:

Bankda sığorta hadisəsi baş verərsə, dollarda yerləşdirilmiş əmanətlər üçün kompensasiya hansı məzənnə ilə ödəniləcək? 


Cavab:

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

Sizin dollarda yerləşdirdiyiniz əmanət üçün kompensasiya sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın dollar üzrə müəyyən etdiyi rəsmi məzənnə əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanacaq və ödəniləcək.

Qeyd edək ki, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

 

4.     Sual:

Məzənnənin aşağı düşməsi sığorta hadisəsi hesab olunurmu? 


Cavab:

Qanunun 2.1.9-cu maddəsinə əsasən isə sığorta hadisəsi - iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir.  Sizin qeyd etdiyiniz hal sığorta hadisəsi deyil.

 

5.     Sual:

Banka qoyduğumuz zaman sığorta haqqı  fiziki şəxs tərəfindən ödənilir, ya heç bir haqq ödənilməməlidir? 

 

Cavab:

“Əmanətlərin sığortalanması haqqında” AR-nın Qanununun 11-ci maddəsində Fondun Sığorta ehtiyatlarını formalaşdıran mənbələr qeyd edilmişdir. Belə ki, Fondun sığorta ehtiyatları iştirakçı bankların üzvlük haqları,təqvim haqları,əlavə haqlar və digər mənbələr hesabına formalaşır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq qeyd etmək istərdik ki, bank əmanətçilərinin qorunan əmanətləri üzrə əmanətçilərdən üzv banklara əmanət yerləşdirərkən ve ya sonra heç bir haqq tələb olunmur və qorunan əmanət üzrə heç bir vəsait tutulmur.

 


6.     Sual:

İstənilən Bankın bağlanacağı təqdirdə  əmanətlərin kompensasiya ediləcəyinə dövlət zəmanəti var, yoxsa bu Əmanətlərin Sığortalanması Fondunun öhdəliyidir və  ancaq Fondun resursları  ilə məhdudlaşır? Bu haqda hansı qanun, normativ aktda tanış  ola bilərəm?


Cavab:

Hörmətli Əmanətçi! Sualınıza cavab olaraq qeyd etmək istərdik ki, Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 105.5 mln manat ekvivalenti təşkil edir və  üzv banklarda sığorta hadisəsi baş verdikdə Fond qorunan əmanətçilərə kompensasiya ödəmək iqtidarındadır. Kompensasiya ödəmək üçün Fondun sığorta ehtiyatları kifayət etmədikdə Fond “Əmanətlərin sığortalanması haqqında” AR-nın Qanununun 4.1.7-ci, 14 və 17-ci maddələrinə uyğun olaraq hökumətdən, Mərkəzi Bankdan və maliyyə bazarlarından borc vəsaitləri cəlb edir və borcun qaytarılması üçün üzv banklardan əlavə haqlar toplayır.    

 Beynəlxalq təcrübədə birbaşa dövlət statusu olan fondların özü də vəsaitləri çatışmadıqda dövlətdən və ya Mərkəzi Bankdan öhdəliklərini yerinə yetirmək üçün borc vəsaitləri cəlb edirlər. Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin Sığortalanması haqqında” Qanun əsasında yaradılmış və Fondun üzərində nəzarəti həyata keçirmək üçün ölkə Prezidentinin 2007-ci il 09 fevral tarixli, 539 saylı Fərmanına uyğun olaraq mərkəzi icra hakimiyyətlərinin də (Maliyyə Nazirliyi, Mərkəzi Bank, İqtisadiyyat və Sənaye Nazirliyi) təmsil olunduğu Himayəçilik Şurası yaradılmışdır. Fondun yaradılmasının əsas məqsədlərindən biri ölkənin bank və maliyyə sisteminin sabitliyini təmin etməkdir, sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsi Fondun əsas funksiyası və vəzifəsidir və Qanunla Fondun bu öhdəliyini hər hansı bir səbəbdən yerinə yetirməməsi imkanı nəzərdə tutulmamışdır.

 

7.     Sual:

Əgər mən depozit  yox, sadəcə  bankda öz  hesabimda pul saxlayıram, bu pul sığortalanır? 

Hesabımın qalığına hər ay illik 9% faiz hesablanır, bu cür fiziki şəxsin hesabı sığortalanırmı, və ya ancaq əmanətlər(depozitlər) sığortalanır? 

 

Cavab:

Bəli,sığortalanır. 
“Əmanətlərin sığortalanması haqqında” AR Qanununun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. 

Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: 

2.1.2.1. adsız borc qiymətli kağızlarının (adsız depozit sertifikatlarının) yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri;

2.1.2.2. bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;

2.1.2.3. qeyri - qanuni yolla əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;

2.1.2.4. cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər

; 2.1.2.5. üzərinə həbs qoyulmuş əmanətlər;

2.1.2.6. cəlb edildiyi günə bu Qanunun

8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxan illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;

[2] 2.1.2.7. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;

2.1.2.8. fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri;

2.1.2.9. ödəniş müddətlərinin, başa çatıb - çatmamasından asılı olmayaraq əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti;

2.1.2.10. bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər.

* Əgər sizin əmanətiniz yuxarıda sadalanan əmanətlərdən biri deyilsə sizin əmanətiniz sığortalanır.

 

8.     Sual:

1. Cari hesabda olan əmanətlər də sığortalanmış sayılır, yoxsa sığorta ancaq faiz hesabına aiddir?
2.Cari hesab açarkən əmanət avtomatik sığortalanmış sayılır, yoxsa bunun üçün bankla əmanətçi arasında xüsusi sənəd imzalanmalıdır?
3.Sığorta hadisəsi baş verdikdə agent banklardan əmanətləri geri alarkən hər hansı əlavə ödəniş edilməlidirmi?

 

 Cavab:

Hörmətli Əmanətçi ilk sualınıza cavab olaraq qeyd etmək istərdik ki, Əmanətlərin Sığortalanması haqqında AR-nın Qanunun 2.1.1-ci maddəsinə əsasən əmanət –hesablanmış faizlər də daxil olmaqla bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitidir. Belə ki, Qanunda qeyd edilmiş olan əmanət anlayışı eynilə AR-nın Banklar haqqında Qanununda deposit anlayışındadır ki, Depozit- müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (deposit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir. Qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, cari hesablar da əmanət (deposit) hesab edildiyinə görə Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

İkinci sualınıza cavab olaraq bildirmək istərdik ki, Əmanətlərin Sığortalanması haqqında Qanunda  cari hesabların sığortalanması üçün əlavə olaraq xüsusi  sənədlərin imzalanması üçün heç bir tələb irəli sürülməmişdir.

Digər sualınıza cavab olaraq qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Qanununun 4.1.4-cü maddəsinə əsasən Fond iştirakçı bankda sığorta hadisəsi baş verdikdə əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir.Bu zaman əmanətçidən heç bir əlavə ödəniş tələb edilmir.

 

9.     Sual:

Manatla yatırılan əmanətlərin devalivasiyadan sığortalanması mümkündürmü?

 

Cavab:

Hörmətli əmanətçi sualınıza cavab olaraq qeyd etmək istərdik ki, Əmanətlərin sığortalanması   haqqında AR-nın Qanununun 2.1.9-cu maddəsində sığorta hadisəsi sayılan hallar qeyd edilmişdir belə ki ; Sığorta hadisəsi –iştrakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bnakı tərəfindən təsdiq edilməsidir.       

        Göründüyü kimi devalivasiya sığorta halı sayılmır və buna görə Fond tərəfindən kompensasiya ödənilmir.

 

10.     Sual:

Men dollarda olan əmanətlərin sığortalanması üçün neçə faiz limiti olduğunu öyrənmək istəyirdim. Manat kimi dollar da 12% ve 30 mindir?

 

Cavab:

Hörmətli əmanətçi, Sualınıza cavab olaraq bildiririk ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26-cı maddəsinə əsasən Fond tərəfindəndən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Bununla əlaqədar olaraq qeyd etmək istərdik ki, qorunan əmanətin valyutasından asılı olmayaraq həmin əmanət üzrə maksimum kompensasiya məbləği 30 min manat ekvivalentindədir. Qanunun 27.1-ci maddəsinə əsasən kompensasiyanın ödənilməsi zamanı sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyuta üzrə müəyyən etdiyi rəsmi məzənnə əsas götürülür. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 23 fevral 2015-ci il tarixli qərarı ilə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilmişdir və bu qərar bütün valyutalara şamil olunur.

 

1.     Sual:

24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12%-ə qaldırılması ilə əlaqədar olaraq əvvəlki tarixlərdə 10, 11 və 12 faizlə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid edilirmi?

Cavab:

Himayəçilik Şurası tərəfindən qəbul edilən qərara uyğun olaraq, 24 fevral 2015-ci il tarixinə kimi 12 faiz həddində qəbul edilmiş bütün  əmanətlər  bu tarixdən etibarən qorunan əmanət hesab olunur. Yəni göstərilən tarixə qədər 10, 11 və 12 faizlə  cəlb edilən əmanətlər qorunan  hesab edilmirdisə, həmin əmanətlər 24 fevral 2015-ci il tarixindən göstərilən faiz dərəcələri ilə qəbul edilmiş əmanətlər qorunan sayılır. 01 avqust 2013-cü il tarixində qorunan əmanətlər üçün maksimum faiz dərəcəsi 12 faizdən 10 faizə endirilib,  əvvəlki dövrlərdə müvafiq olaraq qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 15 faiz və ya daha yüksək olmuşdur, bununla əlaqədar olaraq özü özlüyündə geriyə şamil etmə 01 avqust 2013-cü il tarixdən müəyyən edilir.

 

2.     Sual:

Qorunan əmanətlər üzrə maksimal faiz dərəcəsi 12 faizə qaldırıldığına görə əvvəlki tarixlərdə 12 faizdən aşağı faizlə yerləşdirilmiş əmanətin faiz dərəcəsi avtomatik 12%-ə dəyişəcəkmi?

Cavab:

Yerləşdirilmiş əmanətin faiz dərəcəsi bankla əmanətçi arasında bağlanmış müqaviləyə əsasən müəyyən edilir. 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin YUXARI HƏDDİnin 9%-dən 12%-ə qaldırılması əmanətin faiz dərəcəsinin qaldırılması demək deyil (əgər müqavilə şərtlərində belə bir hal nəzərdə tutulmamışdırsa).

 

 

 

3.     Sual:

Bankda sığorta hadisəsi baş verərsə, dollarda yerləşdirilmiş əmanətlər üçün kompensasiya hansı məzənnə ilə ödəniləcək? 

Cavab:

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

Sizin dollarda yerləşdirdiyiniz əmanət üçün kompensasiya sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın dollar üzrə müəyyən etdiyi rəsmi məzənnə əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanacaq və ödəniləcək.

Qeyd edək ki, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

 

4.     Sual:

Məzənnənin aşağı düşməsi sığorta hadisəsi hesab olunurmu?

Cavab:

Qanunun 2.1.9-cu maddəsinə əsasən isə sığorta hadisəsi - iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir.  Sizin qeyd etdiyiniz hal sığorta hadisəsi deyil.

 

5.     Sual:

Banka qoyduğumuz zaman sığorta haqqı  fiziki şəxs tərəfindən ödənilir, ya heç bir haqq ödənilməməlidir? 

 

 

Cavab:

“Əmanətlərin sığortalanması haqqında” AR-nın Qanununun 11-ci maddəsində Fondun Sığorta ehtiyatlarını formalaşdıran mənbələr qeyd edilmişdir. Belə ki, Fondun sığorta ehtiyatları iştirakçı bankların üzvlük haqları,təqvim haqları,əlavə haqlar və digər mənbələr hesabına formalaşır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq qeyd etmək istərdik ki, bank əmanətçilərinin qorunan əmanətləri üzrə əmanətçilərdən üzv banklara əmanət yerləşdirərkən ve ya sonra heç bir haqq tələb olunmur və qorunan əmanət üzrə heç bir vəsait tutulmur.

 

6.     Sual:

İstənilən Bankın bağlanacağı təqdirdə  əmanətlərin kompensasiya ediləcəyinə dövlət zəmanəti var, yoxsa bu Əmanətlərin Sığortalanması Fondunun öhdəliyidir və  ancaq Fondun resursları  ilə məhdudlaşır? Bu haqda hansı qanun, normativ aktda tanış  ola bilərəm?

Cavab:

Hörmətli Əmanətçi! Sualınıza cavab olaraq qeyd etmək istərdik ki, Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 105.5 mln manat ekvivalenti təşkil edir və  üzv banklarda sığorta hadisəsi baş verdikdə Fond qorunan əmanətçilərə kompensasiya ödəmək iqtidarındadır. Kompensasiya ödəmək üçün Fondun sığorta ehtiyatları kifayət etmədikdə Fond “Əmanətlərin sığortalanması haqqında” AR-nın Qanununun 4.1.7-ci, 14 və 17-ci maddələrinə uyğun olaraq hökumətdən, Mərkəzi Bankdan və maliyyə bazarlarından borc vəsaitləri cəlb edir və borcun qaytarılması üçün üzv banklardan əlavə haqlar toplayır.    

 Beynəlxalq təcrübədə birbaşa dövlət statusu olan fondların özü də vəsaitləri çatışmadıqda dövlətdən və ya Mərkəzi Bankdan öhdəliklərini yerinə yetirmək üçün borc vəsaitləri cəlb edirlər. Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin Sığortalanması haqqında” Qanun əsasında yaradılmış və Fondun üzərində nəzarəti həyata keçirmək üçün ölkə Prezidentinin 2007-ci il 09 fevral tarixli, 539 saylı Fərmanına uyğun olaraq mərkəzi icra hakimiyyətlərinin də (Maliyyə Nazirliyi, Mərkəzi Bank, İqtisadiyyat və Sənaye Nazirliyi) təmsil olunduğu Himayəçilik Şurası yaradılmışdır. Fondun yaradılmasının əsas məqsədlərindən biri ölkənin bank və maliyyə sisteminin sabitliyini təmin etməkdir, sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsi Fondun əsas funksiyası və vəzifəsidir və Qanunla Fondun bu öhdəliyini hər hansı bir səbəbdən yerinə yetirməməsi imkanı nəzərdə tutulmamışdır.

 

7.     Sual:

 

Əgər mən depozit  yox, sadəcə  bankda öz  hesabimda pul saxlayıram, bu pul sığortalanır?

Hesabımın qalığına hər ay illik 9% faiz hesablanır, bu cür fiziki şəxsin hesabı sığortalanırmı, və ya ancaq əmanətlər(depozitlər) sığortalanır?

 

Cavab:

Bəli,sığortalanır. 
“Əmanətlərin sığortalanması haqqında” AR Qanununun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir.

Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: 

2.1.2.1. adsız borc qiymətli kağızlarının (adsız depozit sertifikatlarının) yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri;

2.1.2.2. bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;

2.1.2.3. qeyri - qanuni yolla əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər;

2.1.2.4. cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər

; 2.1.2.5. üzərinə həbs qoyulmuş əmanətlər;

2.1.2.6. cəlb edildiyi günə bu Qanunun

8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxan illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;

[2] 2.1.2.7. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;

2.1.2.8. fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri;

2.1.2.9. ödəniş müddətlərinin, başa çatıb - çatmamasından asılı olmayaraq əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti;

2.1.2.10. bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər.

*Əgər sizin əmanətiniz yuxarıda sadalanan əmanətlərdən biri deyilsə sizin əmanətiniz sığortalanır.

 

8.     Sual:

 

1. Cari hesabda olan əmanətlər də sığortalanmış sayılır, yoxsa sığorta ancaq faiz hesabına aiddir?
2.Cari hesab açarkən əmanət avtomatik sığortalanmış sayılır, yoxsa bunun üçün bankla əmanətçi arasında xüsusi sənəd imzalanmalıdır?
3.Sığorta hadisəsi baş verdikdə agent banklardan əmanətləri geri alarkən hər hansı əlavə ödəniş edilməlidirmi?

 

 Cavab:

 

Hörmətli Əmanətçi ilk sualınıza cavab olaraq qeyd etmək istərdik ki, Əmanətlərin Sığortalanması haqqında AR-nın Qanunun 2.1.1-ci maddəsinə əsasən əmanət –hesablanmış faizlər də daxil olmaqla bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitidir. Belə ki, Qanunda qeyd edilmiş olan əmanət anlayışı eynilə AR-nın Banklar haqqında Qanununda deposit anlayışındadır ki, Depozit- müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (deposit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir. Qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, cari hesablar da əmanət (deposit) hesab edildiyinə görə Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

İkinci sualınıza cavab olaraq bildirmək istərdik ki, Əmanətlərin Sığortalanması haqqında Qanunda  cari hesabların sığortalanması üçün əlavə olaraq xüsusi  sənədlərin imzalanması üçün heç bir tələb irəli sürülməmişdir.

Digər sualınıza cavab olaraq qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Qanununun 4.1.4-cü maddəsinə əsasən Fond iştirakçı bankda sığorta hadisəsi baş verdikdə əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir.Bu zaman əmanətçidən heç bir əlavə ödəniş tələb edilmir.

 

9.     Sual:

 

Manatla yatırılan əmanətlərin devalivasiyadan sığortalanması mümkündürmü?

 

Cavab:

Hörmətli əmanətçi sualınıza cavab olaraq qeyd etmək istərdik ki, Əmanətlərin sığortalanması   haqqında AR-nın Qanununun 2.1.9-cu maddəsində sığorta hadisəsi sayılan hallar qeyd edilmişdir belə ki ; Sığorta hadisəsi –iştrakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bnakı tərəfindən təsdiq edilməsidir.       

        Göründüyü kimi devalivasiya sığorta halı sayılmır və buna görə Fond tərəfindən kompensasiya ödənilmir.

 

11.     Sual:

Добрый день! У меня открыт депозит в Баку на 20000 usd. В связи с изменением курса маната сумма вклада превышает 30000 тыс. манат. Является ли теперь мой депозит страхованным ADIF ?

 

Cavab:

Уважаемый вкладчик, В связи с вашим вопросом хотим проинформировать вас о том, что все депозиты (денежные средства) за исключением депозитов (денежных средств) перечисленных в статье 2.1.2 Закона АР «О страховании вкладов» являются застрахованными со стороны ADIF. Согласно статье 26-ой вышеуказанного Закона на сегодняшний день максимальная сумма компенсации выплачиваемая со стороны Фонда для каждого вкладчика в каждом банке участнике составляет 30 тыс. манат. В связи с этим хотим отметить что на данный момент компенсируемая часть вашего депозита составляет 30 тыс. в манатном эквиваленте.


12.     Sual:

Bankda açılmış cari hesab sığortalanmış əmanət sayılır?

 

Cavab:

Hörmətli əmanətçi, Sizin sualınıza cavab olaraq bildiririk ki, “Əmanətlərin sığortalanması haqqında” AR Qanununun 2.1.2.-ci maddəsində sadalanan pul vəsaitləri (əmanətlər) istisna olmaqla digər bütün əmanətlər, o cümlədən cari hesabda olan pul vəsaitləri (əmanət) sığortalanır.       

 

     

13.     Sual:

Salam. Bilmek istərdim ki, bir müştəri tərəfindən eyni bankda açılmış bir neçə depozit hesabına görə kompensasiya, onların cəminin 30000-ə qədər olan hissəsi qeder ödənilir? Ve yaxud 1 depozit hesabında 50000 vəsait varsa, həmin depozitin 30000- lik hissəsi sığortalanir, qalanı sığortalanmır? Yoxsa həmin depozit ümumiyyətlə sığortalanmır?

 

Cavab:

Hörmətli əmanətçi, Sualınıza cavab olaraq bildirmək istərdik ki, Əmanətlərin Sığortalanması haqqında Qanunun 27.3-cü maddəsinə əsasən bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli,həm də xarici valyutada əmanətləri olduqda onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur. Məsələn, əmanətçinin sığorta hadisəsi baş vermiş bankda 10000 manat, 25000 manat və 8000 ABŞ dolları məbləğində 3 əmanəti mövcuddursa, həmin əmanətlər toplanır. Bu zaman ABŞ dollarında olan əmanət sığorta hadisəsi baş vermiş günə Mərkəzi Bankın müvafiq valyuta üzrə müəyyən etdiyi rəsmi məzənnə əsasında manatda hesablanır (8000*1.55 (Məzənnə missal olaraq qeyd edilib)=12400AZN). 3 əmanətin cəmi 47400 manat məbləğinə bərabərdir (10000 25000 12400=47400).Bu halda Fond tərəfindən əmanətçiyə 30000 manat kompensasiya ödənilir.17400 manat məbləğində olan hissə əmanətçiyə ləğvedici tərəfindən ödənilməlidir.


14.     Sual:

Sığortalanmayan əmanətlərin 2.1.2.9. bəndini tam izah etməyinizi xahiş edirəm.

 

Cavab:

Hörmətli əmanətçi, Sualınıza cavab olaraq bildirmək istərdik ki, Əmanətlərin Sığortalanması haqqında Qanunun 2.1.2.9-cu maddəsinə əsasən ödəniş müddətlərinin, başa çatıb-çatmamasından asılı olmayaraq əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti qorunmur. Belə ki, əmanətçi bankdan həmin bankda mövcud olan əmanətini təminat göstərmədən müəyyən məbləğdə kredit götürdükdə onun həmin bankda mövcud əmanətinin götürülmüş kreditin əsas məbləği və faizləri həcmindəki hissəsi qorunmur. Əmanətin kreditin əsas məbləği və faizləri çıxıldıqdan sonra qalan hissəsi qorunan əmanət hesab olunur. Məsələn: Sığorta hadisəsi baş verdiyi gün əmanətçinin bankda 10 min manat məbləğində əmanəti, eyni zamanda həmin banka 6000 manat (5000 manat əsas məbləğ, 1000 manat hesablanmış faizlər) kredit borcu var. Bu halda Fond tərəfindən əmanətçiyə 4 min manat (hesablanmış faizlər də) məbləğində kompensasiya ödəniləcəkdir.


15.     Sual:

Salam bu ilin iyul ayından 10 000 ABŞ dollari 6 faizdən əmanət yerləşdirmişəm. Bank muflis olarsa əmanətim ödəniləcəkdirmi? Təşəkkür edirəm.

 

Cavab:

Hörmətli əmanətçi, “Əmanətlərin sığortalanması haqqında” AR Qnununun 8.1.20-cı maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanət üzrə maksimum illik faiz dərəcəsi 12% olaraq müəyyənləşdirilmişdir (Himayəçilik Şurasının 24.02.15-ci il tarixli qərarı). Qeyd etdiyiniz məlumata əsasən sizin əmanətiniz illik 6%-lə yerləşdirildiyinə görə Fond tərəfindən sığortalanır və bankda sığorta hadisəsi baş verəcəyi təqdirdə həmin əmanət üzrə kompensasiya ödəniləcəkdir.






       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 5 istifadəçi saytdadır.