Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1174

Yeniliklərə abunə ol

İcraedici orqan

       

İcraçı direktor

Azad Cavadov

 

1964-cü ildə anadan olub. Azərbaycanlidır, ali təhsillidir.

1983-1988-ci illərdə Vaznisenski adına Maliyyə və İqtisad institutun Azərbaycan filialının Maliyyə-kredit fakultəsini bitirib.

İqtisad elmləri namizədidir.

Əmək fəaliyyətinə 1988-ci ildə Azərbaycan Respublikası Mənzil-Komunal bankında Büdcə, Kredit şöbələrində iqtisadçı kimi başlayıb.

1990-cı ildən Azərbaycan Respublikası dövlət bankında Mühasibat uçotu və hesabatı departamentində iqtisadçı,

1992-1995-ci illərdə Azərbaycan Respublikası Milli Bankında iqtisadçı, şöbə rəisi, departament direktorunun müavini işləyib.

1995-2001-ci illərdə Azərbaycan Respublikası Beynəlxalq bankında baş mühasibin müavini, baş mühasib, Xəzinədarlıq departamentinin direktoru və filial müdiri,

2002-2004-cü illərdə AtaBank ASC-nin İdarə Heyətinin sədri,

2004-2005-ci illərdə AtaHoldinq ASC-nin İdarə Heyətinin sədr müavini,

2005-2006-cı illərdə AtaHoldinq, AtaBankın, AtaSığorta və AtaLizinqin Müşahidə Şuralarının üzvü,

2006-2007-ci ilin mart ayına kimi AtaHoldinqin Müşahidə Şurasının üzvü, AtaBank, AtaSığorta və AtaLizinqin Müşahidə Şuralarının sədri kimi işləyib.

2007-ci ilin iyun ayından Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin olunub.

Ailəlidir, 1 övladı var.

       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 20 istifadəçi saytdadır.