Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1072

Yeniliklərə abunə ol

Tədbirlər

       

 

ELAN: KİV NÜMAYƏNDƏLƏRİNİN DİQQƏTİNƏ!

Hörmətli KİV nümayəndələri!

Əmanətlərin Sığortalanması Fondu Sizi sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi ilə əlaqədar 03 fevral 2016-cı il tarixdə saat 12:00-da Fondun ofisində keçiriləcək mətbuat konfransında iştirak etməyə dəvət edir. 


Fondun ünvanı

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə

Əlaqə nömrələri: 994 12 596 65 91/92/93

Qaynar xətt: 941

www.adif.az

 

 

ELAN: KİV NÜMAYƏNDƏLƏRİNİN DİQQƏTİNƏ!

Hörmətli KİV nümayəndələri!

Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi ilə əlaqədar sabah : 28 yanvar 2016-cı il tarixdə saat 12:00-da  Fondun ofisində mətbuat  konfransı keçirəcəkdir.

Mətbuat konfransında iştirak etmək istəyən KİV nümayəndələrindən sabah saat 12:00-a kimi Fondda olmaqlarını xahiş edirik.  


Fondun ünvanı:

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə





ELAN: KİV NÜMAYƏNDƏLƏRİNİN DİQQƏTİNƏ!

Hörmətli KİV nümayəndələri!

Sizi  Fonda üzv olan   “Dekabank” ASC , “Kredobank” ASC  , “Parabank” ASC  və “Zaminbank” ASC  22 iyul  2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılması və onlara verilmiş şəhadətnamə ləğv edilmisi ilə əlaqədar bugün : 22 iyul 2016-cı il tarixdə saat 12:00-da  Fondun ofisində mətbuat  konfransı keçirəcəkdir.

Mətbuat konfransında iştirak etmək istəyən KİV nümayəndələrindən bugün saat 12:00-a kimi Fondda olmaqlarını xahiş edirik.  

Fondun ünvanı:

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə

Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri:

(012) 596 65 91/92/93 və“941” nömrəli qaynar xətt

       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 22 istifadəçi saytdadır.