Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1112

Yeniliklərə abunə ol

       
Ləğv prosesində olan QSC “Bank Standard”KB ilə bağlı BİLDİRİŞ
21.04.2017 Cari ilin aprel ayının 28-i saat 15:00–da Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanamsı Fondunun inzibati binasında ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin iclası keçiriləcəkdir.
Yığıncaqda şəxsiyyəti təsdiq edən sənədlə birlikdə iştirak edilməsi (və ya nümayəndənin səlahiyyətini təsdiq edən sənədlə) xahiş olunur.
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
1. Kreditorlar Komitəsinin Əsasnaməsi ilə tanışlıq;
2. Kreditorlar Komitəsinin sədrinin seçilməsi;
3. Komitənin iclas katibinin seçilməsi;
4. Komitənin iş planının hazırlanması;
5. Komitənin növbəti iclas tarixinin və gündəliyinin müəyyən edilməsi.

Dəvət məktubları və bildirişlər aşağıdakı şəxslərə ünvanlanmışdır:
1. Hüquqi şəxslər:

- “Azercell Telecom” MMC;
- “Socar Cape” MMC;
- “Socar Marketing”;
- “Standard İnsurance” ASC;
- “Qala Həyat” Sığorta Şirkəti ASC;
- “Finca Azərbaycan” QBKT;
- “UniLeazing” QSC;
- “GESCO” ASC;

2. Fiziki şəxslər:

- Vəliyev Rişad Höccət oğlu;
- Seyidov Fərhad Əsgər oğlu;
- Əlizadə Akif Ağamehti oğlu;
- Qazayeva Aliyə Məmmədovna;
- Əli-Zadə Orxan Samir oğlu;
- Əfəndi Rəna Rüstəmovna;
- Əfəndiyev Bəhruz Məmmədhəsən oğlu;

3. Dövlət qurumu:

- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu;
4. Az məbləğdə tələbi olan digər kreditorlar (ictimai birlik, ictimai nüfuza malik şəxslər və s.):

- Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi;
- Xəzər Universiteti;
- Vladimir Vladimeroviç Timoşenko;
- Mustafayeva Rəna Mehti qızı .
       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 32 istifadəçi saytdadır.