Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1132

Yeniliklərə abunə ol

Xəbərlər

       
Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə görüş keçirildi

13.03. 2017

9 mart 2017-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondu  və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə tələbələrlə görüş keçirildi. Tədbirin məqsədi Dövlət İdarəçilik Akademiyasında təhsil alan tələbə və magistrların əmanətlərin sığortalanması haqqında məlumatlandırılması, bu sahə ilə bağlı yeni biliklərin əldə edilməsi və təhsil alanlar üçün gələcəkdə yarana biləcək yeni imkanların qiymətləndirilməsi olmuşdur.

Daha sonra tələbələrlə görüşən Azad Cavadov Fondun missiyası barədə geniş məlumat vermiş, əmanətçilərin üzv banklarda olan əmanətlərini sığortalamaqla əmanətçilərə dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə kompensasiya etməklə Ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək  olmaq, beynəlxalq standartlara cavab verən qanunvericilik bazası və professional komanda ilə əmanətçilərin maddi və mənəvi maraqlarını qorumaq, bank sisteminin stabil inkişafına dəstək verməyin əsas hədəflərimiz olduğunu diqqətə çatdırmışdır.     

Görüşdə Dövlət İdarəçilik Akademiyasının Humanitar və Sosial məsələlər üzrə prorektoru, dosent Mehdi Abdullayev, “Hüquq” kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti   cənab İlham Əliyevin Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmasının əhəmiyyəti barədə danışmış, Əmanətlərin Sığortalanması Fondunun yaradılmasının məqsədinin bankların ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən  əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etmək kimi lazimi fəaliyyəti həyata keçirildiyini bildirmişlər.

Daha sonra Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılmış, onların fikirləri dinlənilmişdir.

 

 












       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 21 istifadəçi saytdadır.