Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1132

Yeniliklərə abunə ol

Xəbərlər

       
Elan

19.04.2017
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin kreditorlarının və borclularının diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2017-ci il tarixli 2-1(81)-1494/2016 saylı qərardadı ilə ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin ləğvedicisi “Azerbaijan International Legal Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir.

Bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 72- ci maddəsinə uyğun olaraq bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bundan başqa bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da bankın aktivlərinə faizlərin və digər haqların hesablanması dayandırılmır.

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

Fondun ünvanı:

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə 

 

Bakı şəhəri, Babək prospekti 16

Əlaqə nömrələri:

(012) 596 65 91/92/93 və “131”/“941” nömrəli qaynar xətt

 

       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 20 istifadəçi saytdadır.