Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1112

Yeniliklərə abunə ol

Xəbərlər

       
Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin yaranması barədə

21.04.2017

04.10.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və onun barəsində ləğv prosesinə başlanılmışdır. Eyni zamanda həmin qərar əsasında banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. 

Ləğv prosesində olan QSC “Bank Standard” KB–nin kreditorlarının say çoxluğunu və kreditor tələblərinin həcmini nəzərə alaraq, ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi, onlarla daha asan kommunikasiyanın qurulması, habelə bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin yaradılması zərurəti yaranmışdır.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 86.1-ci maddəsinə əsasən kreditorların müflis bankın ləğvi ilə əlaqədar ümumi yığıncağı yalnız o halda keçirilə bilər ki, ləğvedicinin maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dəstəklənmiş sorğusu üzrə məhkəmə belə yığıncağın keçirilməsinin bankın səmərəli ləğvi üçün lüzumlu olduğu barədə qərar qəbul etsin.

Qeyd etmək istərdik ki, “Banklar haqqında” Qanunun 86.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kreditorlar komitəsinin yaradılması təşəbbüsünün dəstəklənməsi üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunmuş və Palata tərəfindən müsbət cavab alınmışdır.

05.12.2016-cı il tarixdə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir.

29.12.2016-cı il tarixdə isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin yaradılması, Kreditorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və  ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə qərar qəbul edilmişdir.

Məhkəmənin müvafiq qərarı rəhbər tutularaq ləğvedici tərəfindən kreditorlar komitəsinin tərkibinin formalaşdırılması üçün məbləğ baxımından ən iri kreditor hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına, o cümlədən az məbləğdə tələbi olan kreditorları təmsil edən şəxslərə (hüquq şirkəti, ictimai birlik, ictimai nüfuza malik olan ziyalı) artıq dəvət məktubları və bildirişlər göndərilmişdir.

Göstərilənlərlə əlaqədar bildiririk ki, 28.04.2017-cı il tarixdə QSC “Bank Standard” KB-nin ləğvi ilə bağlı Kreditorlar Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur.

Kreditorlar Komitəsinin iclası saat 15:00-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcəkdir. Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak olunması xahiş olunur. 

       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 29 istifadəçi saytdadır.