Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1132

Yeniliklərə abunə ol

Xəbərlər

       
Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin Kreditorlar Komitəsinin yaradılması barədə məlumat

 

08.05.2017

   Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 saylı qərarı ilə “Qafqaz İnkişaf Bankı” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 07.04.1997-ci il tarixli, 242 nömrəli lisenziya ləğv edilmişdir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 avqust  2016-cı tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə “Qafqaz  İnkişaf  Bankı” ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu “Qafqaz İnkişaf  Bankı” ASC-yə ləğvedici təyin olunmuşdur.

Bankın müflis elan olunması ilə bağlı ləğvedici tərəfindən kütləvi informasiya vasitələrində 7 təqvim günü ara verməklə 3 dəfə məlumat dərc edilmişdir.

Ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi və bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin yaradılması zərurəti yaranmışdır.

Bununla əlaqədar “Banklar haqqında” Qanunun 86.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kreditorlar komitəsinin yaradılması təşəbbüsünün dəstəklənməsi üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunmuş və Palata tərəfindən müsbət cavab alınmışdır.

19.01.2017-cı il tarixdə ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, 07.03.2017-cı il tarixdə isə müvafiq sorğu məhkəmə tərəfindən təsdiq edilmişdir.

Məhkəmənin qərarı rəhbər tutularaq ləğvedici tərəfindən komitənin tərkibinin formalaşdırılması üçün bankın kreditorlarına artıq dəvət məktubları da göndərilmişdir.

Göstərilənlərlə əlaqədar bildiririk ki, 16.05.2017-cı il tarixdə “Qafqaz İnkişaf Bankı” ASC-nin ləğvi ilə bağlı Kreditorlar Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur.

Kreditorlar Komitəsinin iclası saat 15:00-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcəkdir. Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak olunması xahiş olunur.

 

 

 

       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 20 istifadəçi saytdadır.