Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1189

Yeniliklərə abunə ol

Xəbərlər

       
Ləğv prosesində olan “Atrabank” ASC ilə bağlı BİLDİRİŞ

11.05.2017

Cari ilin may ayının 12 saat 15:00–da Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanamsı Fondunun inzibati binasında ləğv prosesində olan “Atrabank” ASC-nin Kreditorlar Komitəsinin iclası keçiriləcəkdir.

Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak olunması xahiş olunur.  

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

1. Kreditorlar Komitəsinin Əsasnaməsi ilə tanışlıq;

2. Kreditorlar Komitəsinin sədrinin seçilməsi;

3. Komitənin iclas katibinin seçilməsi;

4. Komitənin iş planının hazırlanması;

5. Komitənin növbəti iclas tarixinin və gündəliyinin müəyyən edilməsi.

 

       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 21 istifadəçi saytdadır.