Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1157

Yeniliklərə abunə ol

Xəbərlər

       
Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

17.05.2017         

Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 16 may 2017-ci il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 218  min manat (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 58 milyon 227 min manat (ümumi kompensasiya öhdəliyinin 80 %-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 087 minmanatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 132 miyon 303 min  manatdan artıq kompensasiya ödənilmişdir.

16 may  2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 320 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2%-i), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 294 min manatdan artıq kompensasiya ödənilmişdir.

16 may 2017-ci il tarixdə QSC “Bank Standard” KB-nin qorunan  əmanətçilərinə 437 milyon 345 min  manatdan artıq kompensasiya ödənilmişdir. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99,1 %-i əmanətçilərə ödənilmişdir.

16 may   2017-ci il tarixdə “Yunayted Kredit Bank” ASC-nin qorunan  əmanətçilərinə 1 milyon 690 min  manatdan artıq kompensasiya ödənilmişdir. Belə ki, ümumi kompensasiya öhdəliyinin 80,4 %-i əmanətçilərə ödənilmişdir.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilmişdir.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilmişdir.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatmışdır. 12 fevral 2017-ci il tarixədək “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə  120  milyon 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 733 milyon 202 min manatdan artıq kompensasiya   ödənilmişdir.

 

       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 4 istifadəçi saytdadır.