Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1189

Yeniliklərə abunə ol

Xəbərlər

       
Hərracın nəticələri barədə MƏLUMAT

31.07.2017

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, ləğv prosesində olan  “ RoyalBank ” ASC-nin balansında olan  “Lexus GS-350” markalı nəqliyyat vasitəsi  (qeydiyyat nömrə nişanı 90-AR-006, ban nömrəsi JTHCE96S370012146, buraxılış ili : 2008, rəngi qara )  25 iyul 2017-ci il tarixində,  saat 11:00-da  Bakı şəhəri Nərimanov rayonu,  İ.Hidayətzadə küçəsi 156(20A)  1933  məhəllə ünvanında yerləşən Hərrac mərkəzində  ilkin  satış qiyməti  14 525 (on dörd min beş yüz iyirmi beş) manat  olmaqla açıq hərraca çıxarıldı.

 

Keçirilən açıq hərracın  nəticəsində    “Lexus GS-350”  markalı  nəqliyyat vasitəsi  hərrac zamanı qalib olmuş şəxsə  satılıb.

 

   Əlavə məlumat üçün:

 (012) 596 65 91/92/93

 131/  941 nömrəli qaynar xətt

 www.adif.az

       

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 20 istifadəçi saytdadır.