Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda

Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1174

Yeniliklərə abunə ol

Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə ƏTRAFLI MƏLUMAT
10.07.2017 Diqqətinizə çatdırırıq ki, ləğv prosesində olan “Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 87 milyon 601 min manat olmaqla onlardan 50 milyon 713 min manatı qorunan əmanətlər, o cümlədən 43 milyon 884 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 43 milyon 222 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) və 662 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.
ətraflı
Sığorta hadisəsi baş vermiş "Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə!!!
10.07.2017 Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 13 avqust 2007-ci il tarixdə 29 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dekabank” ASC, 27 fevral 2009-cu il tarixdə 41 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Kredobank” ASC, 30 iyul 2007-ci il tarixdə 24 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Parabank” ASC, 30 iyul 2007-ci il tarixdə 23 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Zaminbank” ASC-də 25 iyul 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir.
ətraflı
Diqqət!!! Satış elanı!!!
05.07.2017 Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, ləğv prosesində olan”Atrabank” ASC-nin balansında olan 2 ədəd inzibati binanı, 2 ədəd inkassator tipli avtonəqliyyat vasitəsini, o cümlədən ləğv prosesində olan ”Royalbank” ASC-nin balansında olan mebel avadanlıqlarını hərrac yolu ilə satışa çıxardır.
ətraflı
Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə
05.07.2017 Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 04 iyul 2017-ci il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 222 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 63 milyon 951 min manat (ümumi kompensasiya öhdəliyinin 88 %-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 087 minmanatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 138 miyon 031 min manatdan artıq kompensasiya ödənilmişdir.

LƏĞV PROSESİNDƏ OLAN “ YUNAYTED KREDIT BANK” ASC-NİN KREDİTORLARI VƏ BORCLULARININ NƏZƏRİNƏ!
04.07.2017 Diqqətinizə çatdirmaq istərdik ki, 05 iyul 2017-ci il tarixdən etibarən ləğv prosesində olan “YUNAYTED KREDIT BANK” ASC fəaliyyətini Bakı şəhəri, Babək prospekti 16, Bakı –AZ 1025 ünvanında davam etdirəcək.
ətraflı
1,2,3 ... 33,34,35 ... 66,67,68

Valyuta məzənnəsi

tam siyahı
 
Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 20 istifadəçi saytdadır.