Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1086

Yeniliklərə abunə ol

Xəbərlər

       
ADİF BVF-nin nümayəndə heyətini qəbul edib
7 aprel 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun ofisində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə texniki yardım missiyasının başçısı Filip Bartolomeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Görüş zamanı Fondun fəaliyyəti, Fond qarşısında duran əsas vəzifələr, gələcək planlar, eləcə də BVF və Əmanətlərin Sığortalanması Fondu arasında texniki əməkdaşlıq istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
ətraflı
“Texnikabank” ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş Agent banklar vasitəsi ilə kompensasiya ödənişi haqqında
08.04.2016 12:00 Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmışdır. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 90, 4 %, yəni 110 milyon 815 min manatdan artıq kompensasiya ödənilmişdir. Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
ətraflı
“Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin və “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənişi barədə
08.04.2016 / 12:00 Nəzərinizə çatdırmaq istərdik ki, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 96, 3 %, yəni 23 milyon 892 min manatdan artıq kompensasiya ödənilmişdir. Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 30 iyul 2007 -ci ildən Fonda üzv olan “Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir.
ətraflı
“Texnikabank” ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş Agent banklar vasitəsi ilə kompensasiya ödənişi haqqında
31.03.2016 17:00 Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmışdır. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 107 milyon 938 min manatdan artıq kompensasiya ödənilmişdir. Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
ətraflı
Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin və “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənişi barədə
31.03.2016 / 17:00 Nəzərinizə çatdırmaq istərdik ki, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 23 milyon 554 min manatdan artıq kompensasiya ödənilmişdir. Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 30 iyul 2007 -ci ildən Fonda üzv olan “Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir.
ətraflı
1,2,3 ... 26,27,28,29,30,31 ... 57,58,59

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 17 istifadəçi saytdadır.