Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1112

Yeniliklərə abunə ol

Xəbərlər

       
“Texnikabank” ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş Agent banklar vasitəsi ilə kompensasiya ödənişi haqqında
20.04.2016 12:00 Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmışdır. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçiyə ümumilikdə 122,5 milyon manat ödənilməli olan kompensasiya məbləğinin 115,3 milyon manatı ödənilmişdir. Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
ətraflı
Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin və “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənişi barədə
20.04.2016 / 12:00 Nəzərinizə çatdırmaq istərdik ki, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə ümumilikdə 24,8 milyon manat ödənilməli olan kompensasiya məbləğinin 23, 869 milyon manatı ödənilmişdir. Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 30 iyul 2007 -ci ildən Fonda üzv olan “Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir.
ətraflı
E L A N
19.04.2016 Əmanətlərin Sığortalanması Fondu, ləğv prosesində olan “Texnikabank” ASC-nin kreditorlarının və borclularının diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan “Texnikabank” ASC-nin ləğvedicisi “M.M.M. Perfekt Konsaltinq” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir.
ətraflı
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən BİLDİRİŞ
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1 (81) 1404/16 saylı qətnaməsi ilə “Bank of Azerbaijan” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilmişdir. Ləğvedici tərəfindən Müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanma barədə 05 fevral 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində, APA informasiya agentliyinin http://az.apa.az/ saytında və digər KİV-lərdə, 10 fevral 2016-cı il tarixdə Vergilər qəzetinin 06 (317) saylı buraxılışında, 11 fevral 2016-cı il tarixdə Fondun rəsmi internet səhifəsində, 14 mart 2016-cı il tarixdə Trend İnformasiyaAgentliyi və Azərtac İnformasiya Agentliyinin rəsmi internet səhifəsində elan yerləşdirilmişdir.
ətraflı
ADİF BVF-nin nümayəndə heyətini qəbul edib
7 aprel 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun ofisində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə texniki yardım missiyasının başçısı Filip Bartolomeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Görüş zamanı Fondun fəaliyyəti, Fond qarşısında duran əsas vəzifələr, gələcək planlar, eləcə də BVF və Əmanətlərin Sığortalanması Fondu arasında texniki əməkdaşlıq istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
ətraflı
“Texnikabank” ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş Agent banklar vasitəsi ilə kompensasiya ödənişi haqqında
08.04.2016 12:00 Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmışdır. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 90, 4 %, yəni 110 milyon 815 min manatdan artıq kompensasiya ödənilmişdir. Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
ətraflı
1,2,3 ... 27,28,29,30,31,32 ... 59,60,61

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 58 istifadəçi saytdadır.