Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1174

Yeniliklərə abunə ol

Xəbərlər

       
Sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə! (TƏKRAR)
Əmanətlərin Sığortalanması Fondu bir daha ictimaiyyətin diqqətinə çatdırır ki, 13 avqust 2007-ci il tarixdə 29 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dekabank”, 27 fevral 2009-cu il tarixdə 41 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Kredobank” ASC, 30 iyul 2007-ci il tarixdə 24 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Parabank” ASC, 30 iyul 2007-ci il tarixdə 23 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Zaminbank” ASC-də 25 iyul 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir.
ətraflı
“Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC -nin qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə
12.08.2016 / 9:00 1 avqust 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. Diqqətinizə çatdırırıq ki, 11 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 15,4 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 16,9 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 4,1 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon manatdan artıq kompensasiya ödənilmişdir. Ümumilikdə 4 bank üzrə 38,4 milyon manatdan artıq kompensasiya ödənilib.
ətraflı
“Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC -nin qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə
11.08.2016 / 9:00 1 avqust 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. Diqqətinizə çatdırırıq ki, 10 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 13,8 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 15,2 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 3,6 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 1,7 milyon manatdan artıq kompensasiya ödənilmişdir. Ümumilikdə 4 bank üzrə 34,3 milyon manatdan artıq kompensasiya ödənilib.
ətraflı
Ləğv prosesində olan “Zaminbank” ASC nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə BİLDİRİŞ
10.08.2016 Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarı ilə “Zaminbank”ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən “Zaminbank” ASC-nin Ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Bununla əlaqədar olaraq, ləğvedici məcburi ləğv edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 59-cu maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.
ətraflı
Ləğv prosesində olan “Kredobank” ASC nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə BİLDİRİŞ
10.08.2016 Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1 (81)-3619/16 saylı qərarı ilə ”Kredobank” ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən qeyd edilən ”Kredobank” ASC-nin Ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Bununla əlaqədar olaraq, ləğvedici məcburi ləğv edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 59-cu maddəsinə uyğun olaraq,
ətraflı
Ləğv prosesində olan “Parabank” ASC nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə BİLDİRİŞ
10.08.2016 Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1 (81)-3618/2016 saylı qərarı ilə “Parabank”ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən “Parabank” ASC-nin Ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Bununla əlaqədar olaraq, ləğvedici məcburi ləğv edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 59-cu maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.
ətraflı
1,2,3 ... 29,30,31 ... 33,34,35 ... 66,67,68

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 19 istifadəçi saytdadır.