Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1174

Yeniliklərə abunə ol

Xəbərlər

       
“Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC -nin qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə
03.08.2016 / 9:00 1 avqust 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. Diqqətinizə çatdırırıq ki, 02 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 2 273 767 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 1 847 792 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 397 928 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 440 355 manatdan artıq kompensasiya ödənilmişdir. Ümumilikdə 4 bank üzrə 4 959 841 manatdan artıq kompensasiya ödənilib.
ətraflı
Əmanətlərin Sığortalanması Fondu 1 avqust 2016-cı il tarixdən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC -nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb
02.08.2016 / 9:00 1 avqust 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. Diqqətinizə çatdırırıq ki, 01 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 561 529 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 199 830 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 65 270 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 123 365 manatdan artıq kompensasiya ödənilmişdir. Ümumilikdə 4 bank üzrə 949 994 manatdan artıq kompensasiya ödənilib.
ətraflı
Əmanətlərin Sığortalanması Fondu 2016-cı ilin 6 ayın yekunları
01.08.2016 2016-cı ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin cəmi əmanətləri 7 761 mln. manat təşkil etmişdir. 2016-cı ilin II rübündə qorunan əmanətlər ötən rüblə müqayisədə 543 milyon manat (8,8%), ilin əvvəlinə olan göstərici ilə müqayisədə isə 296 milyon manat (5%) azalmış və nəticədə cəmi əmanətlərin (7,8 milyard manat) 73%-ni (5,66 milyard manat) qorunan əmanətlər, 27%-ni (2,10 milyard manat) isə qorunmayan əmanətlər təşkil etmişdir.
ətraflı
Sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə!
Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 13 avqust 2007-ci il tarixdə 29 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dekabank”, 27 fevral 2009-cu il tarixdə 41 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Kredobank” ASC, 30 iyul 2007-ci il tarixdə 24 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Parabank” ASC, 30 iyul 2007-ci il tarixdə 23 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Zaminbank” ASC-də 25 iyul 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir.
ətraflı
Hörmətli KİV nümayəndələri!
28.07.2016 Əmanətlərin Sığortalanması Fondu Sizi sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Parabank” ASC, “Zaminbank” ASC və “Kredobank”ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi ilə əlaqədar 29 iyul 2016-cı il tarixdə saat 12:00-da Fondun ofisində keçiriləcək mətbuat konfransında iştirak etməyə dəvət edir.
ətraflı
Əmanətlərin Sığortalanması Fondunun üzvü olan“Dekabank” ASC, “Kredobank”ASC, “Parabank” ASC və “Zaminbank”ASC-də sığorta hadisəsi baş vermişdir
25.07.2016. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli Qərarı ilə “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edilib. Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 25 iyul 2016-cı il tarixli 01/10-1549 nömrəli məktuba istinad edərək bildirir ki,“Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-də sığorta hadisəsi baş vermişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq 25 iyul 2016-cı il tarixi “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.“
ətraflı
1,2,3 ... 31,32,33,34,35 ... 66,67,68

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 19 istifadəçi saytdadır.