Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1174

Yeniliklərə abunə ol

Xəbərlər

       
Novruz Bayramınız Mübarək!
Əmanətlərin Sığortalanması Fondu bütün xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edir və arzu edir ki, qarşıdan gələn bahar fəsli Sizə və yaxınlarınıza sevinc dolu günlər, ruzi-bərəkət bəxş etsin!
ətraflı
Beynəlxalq Valyuta Fondunun nümayəndələri Əmanətlərin Sığortalanması Fonduna səfər etdilər.
Beynəlxalq Valyuta Fondunun (bundan sonra-BVF) nümayəndələri 4-17 mart 2014-cü il tarixləri arasında Bakıda rəsmi səfərdədirlər. Səfər çərçivəsində BVF-nin missiya rəhbəri cənab Raja Almarzougi və nümayəndə heyəti cənab Sami Ben Naseur və cənab Engin Akçakoca Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra-Fond) inzibati binasında Fondun İcraçı direktoru cənab Azad Cavadovla görüş keçirdilər.
ətraflı
Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin ikinci onlayn seminarı baş tutdu
19 fevral 2014-cü il tarixində Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin “Differensial sığorta haqları” mövzusunda onlayn seminarı keçirildi. Seminarda ümumilikdə Avrasiya Regional Komitəsinin bütün 6 üzvü (Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Qırğızıstan ), o cümlədən Avrasiya Regional Komitəsinin müşahidəçi qismində 2 ölkənin (Belarusiya, Tacikistan) depozitlərin sığortalanması fondları və Moldova Depozitlərin Sığortalanması Fondu iştirak etdi.
ətraflı
Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü və təşkilatçılığı ilə ilk dəfə olaraq Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin onlayn seminarı keçirildi.
17 yanvar 2013-cü il tarixində Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin “Sığorta hadisəsi zamanı kompensasiyaların ödənişi” mövzusunda onlayn seminarı keçirildi. Seminarda ümumilikdə Avrasiya Regional Komitəsinin bütün 6 üzvü (Azərbaycan,Rusiya,Ukrayna,Türkiyə,Qazaxıstan, Qırğızıstan ), o cümlədən müşahidəçi qismində 3 ölkənin (Belarusiya, Moldova, Tacikistan) depozitlərin sığortalanması təşkilatları iştirak etdi.
ətraflı
“Beynəlxalq Əmanət Günü” çəçivəsində keçirilən Maliyyə Savadlılığı ayına yekun vuruldu.
Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzinin təşəbbüsü, Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Banklar Assosiasiyası, , Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun və bir sıra kommersiya banklarının: Access Bank, AG Bank, Bank of Baku, Bank Respublika, Dəmir Bank, Pasha Bank, UniBank, RabitəBank və YapıkrediBankın təşkilatçılığı ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində 31 oktyabr 2013-cü il tarixində Azərbaycanda keçirilən Beynəlxalq Əmanət Günü (BƏG) və onun davamı olaraq, noyabr ərzində keçirilən Maliyyə savadlılığı aylığına yekun vuruldu.
ətraflı
“Beynəlxalq Əmanət Günü” çərçivəsində Maliyyə savadlılığı ayı davam edir.
“Beynəlxalq Əmanət Günü” çərçivəsində iştirakçı banklar tərəfindən tədbirlərin keçirilməsi davam edir. Bu tədbirlərdən biri də “AGBank” ASC –nin təşkilatçılığı, Azərbaycan Respublikası Mərkəzi Bankının, Əmanətlərin Sığortalanması Fondunun və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun iştirakı ilə 20 noyabr 2013-cü il tarixində 20 saylı məktəbdə təşkil olunmuşdur.
ətraflı
1,2,3 ... 33,34,35 ... 54,55,56 ... 66,67,68

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 20 istifadəçi saytdadır.