Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1174

Yeniliklərə abunə ol

Xəbərlər

       
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası 17 oktyabr 2012-ci il tarixində III rübün nəticələrini müzakirə etdi.
2012-ci ilin 01 oktyabr tarixinə mövcud 43 bankdan 42-i bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Üçüncü rübdə üzv bankların əmanətlər və depozitlər üzrə öhdəliyi cəmi 7,3 mlrd. manat (maliyyə sektorunun əmanətləri istisna olmaqla) olmuşdur ki, bunun da 4,4 mlrd. manatı fiziki şəxslərin əmanətləridir.
ətraflı
Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Royal Bank” ASC-nin əmanətçilərinə qorunan əmanətləri üzrə kompensasiya ödənişinə başlamasından artıq 60 gün keçib.
Əmanətlərin Sığortalanması Fondu 1 avqust 2012-ci tarixindən etibarən “Royal Bank” ASC-nin qorunan əmanətçilərinə agent banklar (“Bank Respublika” ASC, “Muğanbank” ASC və “AG Bank” ASC) vasitəsi ilə kompensasiya ödəyir.
ətraflı
Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Royal Bank” ASC-nin əmanətçilərinə qorunan əmanətləri üzrə kompensasiya ödənişinə başlamasından artıq 35 gün keçib.
Əmanətlərin Sığortalanması Fondu 1 avqust 2012-ci tarixindən etibarən “Royal Bank” ASC-nin qorunan əmanətçilərinə agent banklar (“Bank Respublika” ASC, “Muğanbank” ASC və “AG Bank” ASC) vasitəsi ilə kompensasiya ödəyir. “Royal Bank” ASC-nin 7067 qorunan əmanətçisinə ümumilikdə 14 658 min manat kompensasiya ödəniləcək.
ətraflı
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun təşkilati dəstəyi ilə Depozitlərin Sığortalanması Fondlarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin 5-ci illik konfransı keçirilmişdir.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun təşkilati dəstəyi ilə Depozitlərin Sığortalanması Fondlarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin 5-ci illik konfransı və “Avrasiya Regional Komitəsi ölkələrində əmanətlərin sığortalanması sistemlərinin əsas prinsiplərə uyğunluğunun qiymətləndirilməsi” mövzusunda seminar keçirilmişdir.ölkələrində əmanətlərin sığortalanması sistemlərinin əsas prinsiplərə uyğunluğunun qiymətləndirilməsi” mövzusunda seminar keçirilmişdir.
ətraflı
Əmanətlərin Sığortalanması Fondu 2012-ci ilin II rübünü başa vurdu.
Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan II rübün təqvim haqlarını toplayıb.Təqvimhaqları 1 871 min AZN, 1 641 min ABŞ dolları, 177 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür. Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 48,3 mln. AZN təşkil edir. Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 4 319 mln. AZN, qorunmayan əmanətlər 1 650 mln.AZN, qorunan əmanətlər isə 2 669 mln. AZN təşkil edir.
ətraflı
“Royal Bank” ASC-nin əmanətçilərinə ödənilən kompensasiyalarla bağlı 08 avqust 2012-ci il tarixinə olan məlumat
Bildiyiniz kimi avqust ayının 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu“Royal Bank” ASC-nin əmanətçilərinə Agent banklar vasitəsi ilə kompensasiya ödənişinə başlamışdır
ətraflı
1,2,3 ... 33,34,35 ... 57,58,59 ... 66,67,68

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 18 istifadəçi saytdadır.