Webmail
Əmanətlərin Sığortalanması Fondu

Sığortalanmış əmanət nədir?

Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Kompensasiyanın məbləği və faizi nə qədərdir?

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.

Kompensasiya hansı valyutalarda ödənilir?

Milli valyutada olan əmanətlərə - manatda
Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada
Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda


Online Kalkulyator

Facebook

Sorğu

Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti barədə məlumatı ən çox haradan alırsınız?
- TV
- Radio
- Qəzetlər
- Jurnallar
- Banklar
- Reklam vərəqələri
- Başqa
Cavablar: 1135

Yeniliklərə abunə ol

Xəbərlər

       
Əmanətlərin Sığortalanması Fondunun üzvü olan “Əmrahbank” səhmdar bankı ASC-nın adı dəyişdi
Əmanətlərin Sığortalanması Fonduna üzv olan “Əmrahbank” səhmdar bankı açıq səhmdar cəmiyyətinin adı dəyişilərək “Amrahbank” Açıq Səhmdar Bankı adlandırıldı. Bununla əlaqədar olaraq Fondun reyestrində müvafiq dəyişiklik edildi.
ətraflı
Əmanətlərin Sığortalanması Fonduna üzv olan iki bankın adı dəyişdi
Əmanətlərin Sığortalanması Fonduna üzv banklardan “AZFİNANSBANK” ASC-nin bank lisenziyasında adı dəyişilərək “AFB BANK” ASC və “Azərdəmiryolbank” ASC-nin adı dəyişilərək “DƏMİRBANK” ASC adlandırıldı
ətraflı
Əmanətlərin Sığortalanması Fondu 2009-cu ilin III rübünü başa vurdu
Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan III rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 624 min AZN, 1 mln. 157 min ABŞ dolları, 145 min Avro təşkil edir. İştirakçı bankların sayı 42-dir.
ətraflı
Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 % müəyyən olundu
Azərbaycan Respublikasının Milli Məclisi 08 may 2009-cu il tarixdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Qanununu qəbul etmişdir.
ətraflı
Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sayı 42-yə çatdı
Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına yeni yaranmış "Bank Silk Vey" ASC də əlavə olundu. Bununla da Fonda üzv olan bankların sayı 42-yə çatdı.
ətraflı
41 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür
Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına “Kredobank” ASC də əlavə olundu. Bununla da Fonda üzv olan bankların sayı 41-ə çatdı.
ətraflı
1,2,3 ... 31,32,33 ... 60,61,62,63,64

Valyuta məzənnəsi

tam siyahı
 

Fonda göndər

Beynəlxalq təşkilatlar

Yerli təşkilatlar

ONLINE istifadəçilər

Hal-hazırda 19 istifadəçi saytdadır.