Kompensasiya hansı valyutalarda ödənilir?
Milli valyutada olan əmanətlərə - manatda. Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla. ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutada. Digər valyutada olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda
Kompensasiyanın məbləği və faizi nə qədərdir?
02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi Fondun Himayəçilik Şurasının müəyyən etdiyi faiz dərəcəsi çərçivəsində olmaqla 4 (dörd) il müddətində tam sığortalanır və tam kompensasiya olunur. 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edilib.
Sığortalanmış əmanət nədir?
Əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.