Xəbərlər

“ATABANK” ASC VƏ “AMRAHBANK” ASC-DƏ YERLƏŞDIRILƏN SIĞORTALI ƏMANƏTLƏR BARƏDƏ

1 May 2020

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilmişdir. 

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, “Atabank” ASC və “Amrahbank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Fond tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaqdır. 

Əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcəkdir.