Xəbərlər

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda Ulu Öndərimiz Heydər Əliyevin anım mərasimi keçirilib.

12 Dek 2020

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda dekabrın 12-də Ulu Öndərimiz Heydər Əliyevin anım mərasimi keçirilib. 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il keçir. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun idarə heyəti və əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və daha sonra  Fondun inzibati binasında Ulu Öndərin xatirəsi ehtiramla yad edilib. Tədbirin açılışında ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. AƏSF-nin İcraçı direktorunun müşaviri Akşın Cahangirov Azərbaycan dövlətçiliyinin qurucusu, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev ideyalarından, Ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasından, Heydər Əliyev irsinin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və Azərbaycanın bugünkü siyasi-iqtisadi kursundan danışıb. A. Cahangirov bildirdi ki, o, nadir tarixi şəxsiyyət olmaqla müstəqilliyimizin qorunub saxlanılmasında, dövlət təsisatlarının yaradılmasında, hüquqi dövlət və demokratik cəmiyyət qurulmasında, azərbayçançılıq məfkurəsinin formalaşmasında misilsiz xidmətlər göstərib. Hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik edərkən Ulu Öndər Heydər Əliyev xalq təsərrüfatının müxtəlif sahələrinin inkişafına nail olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması, ziyalılara qiqqət və qayğının göstərilməsi, milli kadrların yetişdirilməsi kimi mühüm məsələləri xüsusi vurğulayıb.

Tədbirdə iştirak edən digər şəxslərdə dahi şəxsiyyət olan Heydər Əliyevin qəlblərdə əbədi olaraq yaşayacağını söyləyiblər.