Xəbərlər

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi tərxis olunmuş əməkdaşlarla görüşüb.

22 Yan 2021

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi ordu sıralarından tərxis olunmuş həmkarları ilə görüşmüşdür. Görüşü giriş sözü ilə açan Fondun İcraçı direktoru Tural Piriyev müstəqil Azərbaycan ordusunda xidmət etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu qeyd edərək, hərbi xidmətlərini başa vuraraq doğma ailələrinə qayıdan gəncləri təbrik edib və onların valideynlərinə gözaydınlığı verib. 

T.Piriyev görüşdə hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan tarixi qələbənin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, müzəffər Ali Baş Komandanın hərbi və siyasi müstəvidə atdığı qətiyyətli addımlar, xalqımızın həmrəyliyi və ordumuzun hünəri sayəsində Azərbaycan düşmən üzərində tarixi zəfərə imza atıb. Eyni zamanda, cəsur qazilərimiz ölkəmizin ərazi bütövlüyü yolunda öz sağlamlıqlarından keçiblər. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib və şəhid ailələrinin, qazilər və Vətən müharibəsinin iştirakçılarının daim diqqətdə olacaqları, onların hər zaman dövlətimizin qayğısını hiss edəcəkləri bildirilib.