Xəbərlər

Azərbaycanda "Əmanətlərin Sığortalanması haqqında" qanuna dəyişikliklər ediləcək

19 Okt 2020

"Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklərin edilməsi nəzərdən keçirilir.

Bunu Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev deyib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Mərkəzi Bankı ilə görüşlər keçirilir. O bildirib ki, "Əmanətlərin sığortalaması haqqında" Qanuna görə, sığortalanan əmanətlərin konkret kateqoriyası var: "Yəni fiziki şəxslərə məxsus olan əmanətlər, depozit hesabındakı pul vəsaitləri və cari hesab qalıqlarıdır. Qanunvericilik fiziki şəxslərin və sahibkarların vəsaitlərinin sığortalanmasını nəzərdə tutmur. Yəni sığortalanan əmanətlər kateqoriyasına aid edilmir. Ona görə, onların bütün tələbləri qeydə alınır və "Banklar haqqında" Qanunun 82-ci maddəsinə uyğun olaraq onlara vəsaitlər növbə əsasında ödəniləcək".