Xəbərlər

Ləğv prosesində olan “NBC Bank” ASC-yə borc öhdəliyi olan hüquqi və fiziki şəxslərə BİLDİRİŞ

2 Iyn 2020

Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-131/2020 saylı qərarı ilə “NBC Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC-nin ləğvedicisi təyin edilmişdir

Bununla əlaqədar olaraq Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “NBC Bank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “NBC Bank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “NBC Bank” ASC-nin baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə) vasitəsilə həyata keçirə bilərlər.

LPO “NBC Bank” ASC, VÖEN

1700130681

Mərkəzi Bank, VÖEN

9900071001

SWIFT.BIK  (AZN)

NABZAZ 2C

SWIFT.BIK  (xarici valyuta)

NABZAZ 2X

Kod  

501004

Müxbir hesab AZN

AZ74NABZ01451700000000001944AZN

Hesablaşma hesabı AZN

AZ97NABZ01350100000000062944AZN

Müxbir hesab EUR

AZ58NABZ01452800000000007954EUR

Hesablaşma hesabı EUR

AZ79NABZ01350200000000061954EUR

Müxbir hesab USD

AZ51NABZ01452800000000015840USD

Hesablaşma hesabı USD

AZ82NABZ01350200000000063840USD

LPO “NBC Bank” ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi. 

Əlavə məlumat üçün əlaqə nömrəsi: 932