Xəbərlər

ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU “ATABANK” ASC VƏ “AMRAHBANK” ASC-NİN LƏĞVEDİCİSİ TƏYİN EDİLMİŞDİR

1 May 2020

Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı qərarı ilə “Atabank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır.

Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə “Amrahbank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır.

Məhkəmə qərarlarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Atabank” ASC və “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilmişdir.