Xəbərlər

ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU LƏĞV PROSESİNDƏ OLAN “ATABANK” ASC VƏ “AMRAHBANK” ASC-də QORUNAN ƏMANƏTLƏR ÜZRƏ 47,1 MİLYON MANAT KOMPENSASİYA ÖDƏYİB

11 Iyn 2020

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlayıb və 10 iyun 2020-ci il tarixinə ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinə 47,1 milyon manat kompensasiya ödənilib. 

“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir. 

Qeyd olunur ki, “Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.