Xəbərlər

ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU VƏ LƏĞV PROSESİNDƏ OLAN BANKLAR VƏTƏNDAŞ MÜRACİƏTLƏRİNİN QƏBULUNU ELEKTRON QAYDADA HƏYATA KEÇİRİR

1 Apr 2020

Koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasinin ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqinda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın məlumatının, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsini nəzərə almaqla, Əmanətlərin Sığortalanması Fondu və Fondun ləğvetməsində olan banklar üzrə vətəndaş qəbulu 2020-ci il martın 17-dən məhdudlaşdırmışdır.

Vətəndaş müraciətləri elektron formatda e-gov.az “Elektron Hökumət” portalı vasitəsilə adif.az saytı üzərindən və adif@adif.az e-mail ünvanı vasitəsilə (şəxsiyyəti təsdiq edən sənədin sürəti əlavə edilməklə) qəbul olunur.