Xəbərlər

Tural Piriyev: Vətəndaşlar sığortalanmış əmanətlərini geri alacaqlar

19 Okt 2020

Vətəndaşlar sığortalanmış əmanətlərini geri alacaqlar.

Fins.az xəbər verir ki, bunu “Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev deyib

O bildirib ki. Azərbaycanda ləğv olunan 4 bankın ("AGBank", "NBCBank", "Amrahbank" və "Atabank") əmanətçilərinə kompensasiya ödənişləri bu ilinin sonunadək tamamlanacaq. Onun sözlərinə görə, ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, bu məbləğdən bu günə təxminən 544 mln. manatı ödənilib, qalan 132 mln. manatın da ödənilməsi qısa zamanda tamamlanacağı planlaşdırılır.

“Bununla bağlı bütün maliyyə problemləri həll olunub. Fondun özünün vəsaiti hesabına, həmçinin Mərkəzi Bankdan cəlb olunan kreditlər hesabına bu vəsait çox qısa zamanda kompensasiya olunacaq və vətəndaşlar sığortalanmış vəsaitlərini geri alacaqlar. Bu günə 23 231 nəfərə ödəniş olub. Toplam kompensasiya ediləcək şəxslərin sayı isə 74 min. nəfərdir”, - deyə T. Piriyev qeyd edib.